Bu yay Zlatan İbrahimoviçlə Paul Poqbanı "Mançester Yunayted"ə gətirən Mino Raiola qalmaqala səbəb olacaq açıqlamalar verib. Fanat.Az xəbər verir ki, menecer "Liverpul"un baş məşqçisi Yurgen Kloppu hədəfə alıb.
Transferin son günündə "Nitsa"ya keçən Mario Balotelli ilə bağlı danışan Riola alman mütəxəssisin ədalətli olmadığını bildirib: "Mənim üçün yaxşı bir mütəxəssis olmasa da, Kloppun məşqçiliyi haqqında danışmayacam. Amma Balotelli ilə bağlı apardığımız danışıqlarda onun bir insan olmasının fərqində belə deyildi. Mario örnək olmlıdı, o, yalnız çalışdığı zamanlarda belə əsla şikayət etmədi. Klopp üçün isə "ədalətli deyil" demək yetərli olmaz: O, pisliyin biridi".
Fanat.Az