İtaliya millisinin yarımmüdafiəçisi Domeniko Berardi Millətlər Liqasının 3-yer uğrunda oyununda Belçika üzərində qazandıqları qələbəni (2:1) şərh edib.
Fanat.Az xəbər verir ki, "Football Italia" onun söylədiklərini belə çatdırıb:
"İspaniyaya uduzandan sonra qələbə qazanmalıydıq. Bu, həm də FİFA reytinqi baxımından önəmli görüş idi. Buna görə də, nəticədən məmnunuq. Məncə, ispanlarla oyunda azlıqda qalmasaydıq, qələbə bizim olacaqdı".
Nihat