Azərbaycan millisinin rəqibləri bəlli oldu

Azərbaycan millisinin rəqibləri bəlli oldu

Futbol üzrə Azərbaycan millisi mart ayında iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma martın 25-də Malta, martın 29-da isə Latviya ilə qarşılaşacaq.

Hər iki oyun Maltada (National Stadium) keçiriləcək. Meydan sahibləri ilə görüş Bakı vaxtı ilə saat 22:00-da latviyalılarla görüş isə 15:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər