Azərbaycan millisi İslamiadaya darmadağınla başladı

Azərbaycan millisi İslamiadaya darmadağınla başladı

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ilk görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, A qrupunda yer alan yığma ilk tur matçında Sudan yığması ilə qarşılaşıb. Görüş Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:0. Pərviz Səmədovun baş məşqçi olduğu kollektiv ilk setdə 25:13, ikincidə 25:20, üçüncüdə isə 25:22 hesabı ilə üstün olub.

Növbəti görüş avqustun 11-də Kameruna qarşı olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər