Azərbaycan millisi FİFA reytinqində irəlilədi

Azərbaycan millisi FİFA reytinqində irəlilədi

Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib.

Fanat.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu yığma 1155.91 xalla 120-ci sırada qərarlaşıb.

Yığmamız son olaraq AÇ-2024-ün seçmə mərhələsində Estoniyaya səfərdə 2:0 hesabı ilə qalib gəlib, evdə Avstriyaya uduzub – 0:1.

Millinin rəqiblərindən Belçika (1793,1) 5-ci, İsveç (1545,76) 23-cü, Avstriya (1535,41) 25-ci, Estoniya (1159,33) isə 118-ci yerdədir.

Son dünya çempionu Argentina 1861,29 xalla liderdir. Fransa (1853,11) ikinci, Braziliya (1812.2) üçüncüdür. Türkiyə yığması isə 1498,5 xalla 38-ci mövqedə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər