Bu gün Bakı İdman Sarayında Azərbaycan kubokunun 1/8 final mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Yüklsək Liqanın 6, Birinci Liqanın 10 komandasının mübarizə aparacağı yarışda qalib komanda bir oyunda müəyyənləşəcək.
Reqlamentə görə, əsas vaxt heç-heçə başa çatarsa, komandalar hər biri 5 dəqiqədən ibarət iki hissədə oyunu davam etdirəcək. Bu dəfə də üstünlük əldə olunmasa, penaltilər seriyasına yer veriləcək. Hər komanda 5 penalti vurmaq imkanı qazanacaq.
Bu mərhələnin oyunları fevralın 10-da və 11-də, final oyunu isə mayın 7-də keçiriləcək.
Azərbaycan Kuboku 1/8 final
Baku Fire – Dalğa Araz-Naxçıvan – Record club PFL – Metropoliten Neftçi İK – Timsport STAR kargo – Yasamal Bakı Trabzon Azərbaycan – Bakı Xan-Lənkəran – Baku Fire-2 Dəstə Ordubad – U-19