Azərbaycan kubokunun püşkü atıldı

Azərbaycan kubokunun püşkü atıldı

Futzal üzrə Azərbaycan kubokunun 2022/23 mövsümünün 1/16 final mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən püşkatma mərasimində Birinci və İkinci liqalarda çıxış edən komandalar iştirak edib.

Əvvəlcə bir neçə gün əvvəl qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra cütlüklər müəyyənləşib. Fevralın 23-də, 24-də və 26-da keçiriləcək oyunlarda komandalar bu şəkildə qarşılaşacaq:

Şamaxı – Xan-Lənkəran MUM – Zəngilan Şuşa – Baku Fire-3 STAR kargo – Advokat ADBTİA – Timsport U-17 – Metropoliten Dəstə Ordubad – Dalğa VİFLY – Flaqman Baku Fire-2 – Çinar-Zəngilan Alyans Qrup – Rəvan

Yüksək Liqa komandaları mübarizəyə növbəti - 1/8 finalda qoşulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər