Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Axmat”la üz-üzə gəlib. Əliyevin komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Azər meydana start "11-lik"də çıxıb və 86-cı dəqiqədə əvəzlənib. “Ufa” 13 turdan sonra 13 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.