Rusiya Premyer Liqasında 29-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin formasını geyindiyi "Tambov” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Axmat”a 1:3 hesabıyla yenilib.
Start "11-lik"də yer alan Azər 77-ci dəqiqədə əvəzlənib.
29 oyunda cəmi 13 xal yığan və 16 kollektiv arasında sonuncu olan "Tambov”un Rusiya Premyer Liqasını tərk edəcəyi dəqiqləşib.
Fanat.Az