Azər Həsənov beynəlxalq federasiyanın prezidenti seçildi

Azər Həsənov beynəlxalq federasiyanın prezidenti seçildi
Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Litvanın paytaxtı Vilnüsda yerləşən qərargahında keçirilən seçkidə Azər Həsənov bu postda təşkilatın sabiq rəhbəri, iki ay öncə vəfat etmiş Sergey Novikovu əvəzləyib.
Yeni postu ilə bağlı açıqlama verən Azər Həsənov bu tarixi uğurun məhz Azərbaycan xalqı üçün əlamətdar tarixlərə - Milli Qurtuluş Gününə və eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevlə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qədim Şuşada türk müttəfiqliyini rəsmiləşdirdikləri bir günə təsadüf etməsindən qürur duyduğunu bildirib. Qeyd edib ki, beynəlxalq federasiyanın digər rəhbər orqanlarına seçkilər gələn ay keçiriləcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər