Azər Əliyev debüt etdimi?

Azər Əliyev debüt etdimi?

Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib.

 

 

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin bir neçə gün öncə müqavilə imzaladığı "Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə "Axmat”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Azər bu görüşün iştirakçısı olmayıb. O, bu matçın sonunadək ehtiyatda qalıb.

 

 

"Ufa” 6 turdan sonra 4 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər