Azarkeşlər Ronaldonun fotosundan tualetdə istifadə edəcək

Azarkeşlər Ronaldonun fotosundan tualetdə istifadə edəcək
"Yuventus"la "Napoli" arasında uzun illərdi gedən rəqabət Kriştiano Ronaldonun transferində də özünü göstərib.
Fanat.Az xəbər verir ki, Turin klubunun "Real"dan transfer etdiyi portuqaliyalı ulduz rəqib azarkeşlərin hədəfinə çevirilib.
"Napoli" azarkeşləri Ronalonun "Yuventus" formasında fotolarını tualet kağızlarının üzərinə vuraraq mağazalarda satışa çıxarıb. Fanatların bu hərəkəti İtaliyada geniş müzakirələrə səbəb olub.
 
Azarkeşlər Ronaldonun fotosundan tualetdə istifadə edəcək
Qeyd edək ki, "Napoli" azarkeşləri 2016-cı ildə bu komandadan 90 milyon avroya "Yuvenus"a transfer olunan Qonzalo Hiquaynla bağlı da müxtəlif etiraz aksiyaları təşkil etmişdi.
Onu da qeyd edək ki, "Napoli" artıq 28 ildi çempion ola bilmir. Komanda ötən mövsüm "Yuventus"dan geri qalaraq gümüş medallara sahib çıxmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər