Azarkeşlər Luçeskunu istefaya göndərdilər - ÖZÜ DEDİ

Azarkeşlər Luçeskunu istefaya göndərdilər - ÖZÜ DEDİ
Dörd gün öncə Kiyev "Dinamo”suna baş məşqçi təyin edilən Mirça Luçesku postundan gedib.
Fanat.Az xəbər verir ki, məlumatı Ukrayna mətbuatına açıqlamasında rumıniyalı mütəxəssis özü deyib.
75 yaşlı mütəxəssis "Dinamo” azarkeşlərinin ona düşmən münasibəti göstərdiyi üçün bu qərarı verdiyini bildirib: "Belə anlarda klubun çox ehtiyac duyduğu azarkeşlərin dəstəyi olmadan, düşmən münasibəti bəslənən yerdə işləmək mümkün deyil. Bir neçə il əvvəl yaşadığımız rəqabətə qayıtmaq istədim. Tribunadakı azarkeşlərin sevinməsini istədim. Ukrayna buna layiqdi. Amma mən azarkeşlərin öz klublarına qarşı bu münasibətini qəbul edə bilmərəm”.
Qeyd edək ki, Luçesku  daha əvvəl Ukraynada 12 il ( 2004-2016) "Dinamo”nun əzəli rəqibi olan Donetsk "Şaxtyor"unun baş məşqçisi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər