Azarkeşlər arasında dava: "Şalke"nin 4 fanatı ağır yaralandı - VİDEO

Azarkeşlər arasında dava: "Şalke"nin 4 fanatı ağır yaralandı - VİDEO

Bundesliqanın son turunda insident yaşanıb.

Fanat.Az "Magenta Sport"a istinadən xəbər verir ki, onlarla "Şalke" azarkeşi "Union Berlin"lə oyunu izləmək üçün paytaxta gedərkən hücuma məruz qalıb.

Helzenkirhen polisinin məlumatına görə, dava nəticəsində avtobus sürücüsü daxil olmaqla, 4 nəfər ağır yaralanıb və xəstəxanaya aparılıb. Hücumun "Borussiya Dortmund" və "Rot-Vays Essen" azarkeşləri tərəfindən edildiyini bildirilib.

Kütləvi dava zamanı xuliqanlar beysbol ağacları və digər hücum alətlərindən istifadə ediblər. Onların sayı 100-dən çox olub.   

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər