Rusiya premyer Liqasında 4-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Ayaz Quliyevin formasını geyindiyi Tula "Arsenal"ı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Krasnodar"la üz-üzə gəlib və 2:3 hesabı ilə məğlub olub.
Ayaz 46-cı dəqiqədə meydana buraxılıb. 24 yaşlı futbolçu Rusiya çempionatında uzun fasilədən sonra oynamaq şansı qazanıb. Belə ki, o, son dəfə Moskva "Spartak"ının formasıyla 2019-cu ilin noyabrında çempionat matçına çıxmışdı.
Nihat