"Mançester Yunayted" hücumçu transferini reallaşdırmaq üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, "qırmızı şeytanlar" daha öncə bu futbolçu üçün göndərdiyi 80 milyon avroluq təklifini rədd etmiş "Ayaks"la braziliyalı Antoninin keçidi ilə bağlı razılığa gəlib. Mənbə Amsterdam klubunun 22 yaşlı braziliyalını İngiltərə nəhənginə 90 milyon avroya satacağını vurğulayıb. MY-nin çalışdırıcısı Erik ten Haqın rəhbərliyi altında top qovmuş "sambaçı"nın karyerasını İngiltərə təmsilçisində davam etdirməkdə şəxsən maraqlı olduğu bildirilib.
Qeyd edək ki, Antoni "Ayaks"a 2020-ci ildə Braziliyanın "San-Paulu" klubundan keçib. Onun Niderland təmsilçisi ilə olan müqaviləsinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub.
Nihat