"Avstriyaya yaxşı müqavimət göstərə bilərik" - Yaşar Vahabzadə

"Avstriyaya yaxşı müqavimət göstərə bilərik" - Yaşar Vahabzadə

Azərbaycan seçməsinin sabiq üzvü, tanınmış futbol mütəxəssisi Yaşar Vahabzadə ilə əlaqə saxlayıb Tallindəki oyun və  3 gün sonra Bakıda baş tutacaq  Avstriya ilə matç barədə fikirlərini öyrəndik.

 Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Əvvəlki rəqiblərimiz bizdən keyfiyyət və reytinq baxımından üstün idilər. Amma Estoniya millisi ilə biz eyni səviyyəli komandayıq. Dünənki  qələbə oyunçuların istəkli və intizamlı olması ilə bağlı idi. Hər bir futbolçu çalışırdı ki, özünü yaxşı tərəfdən göstərsin. Mən belə hesab edirəm ki, qazanılan qələbə Avstriya  ilə oyun öncəsi yaxşı motivasiya olacaq.  Dünən Avstriyanın da oyununu izlədim. Bu rəqibə qarşı çətin oyunumuz olacaq. Futbolçularımız qarşıdakı matçda Estoniyadakından daha artıq  istək və əzmkarlıqla diqqət çəksələr, Avstriyaya yaxşı müqavimət göstərə bilərik".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər