Avropa Oyunları: İdmançılarımız beş növdə mübarizə aparacaq

Avropa Oyunları: İdmançılarımız beş növdə mübarizə aparacaq

Polşada təşkil olunan III Avropa Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, yarışın altıncı günündə Azərbaycan idmançıları beş növdə mübarizə aparacaqlar.

Muay-tay və qılıncoynatmada dörd, atıcılıq və boksda üç, taekvondoda isə iki idmançı qüvvəsini sınayacaq.

25 iyun

Atıcılıq 11:00. Regina Meftahətdinova, Nurlana Cəfərova (skit) 11:15. Nigar Nəsirova (25 metr məsafədən tapança ilə atəş açma)

Taekvondo Qadınlar 11:36. 67 kq. 1/8 final. Fəridə Əzizova - Atanasia Mitsopoulou (Yunanıstan)

Kişilər 12:35. 74 kq, 1/8 final. Eltac Qafarov - Lukaş Çudnoç (Polşa)

Qılıncoynatma 15:00. Kişilər, sablya, qrup mərhələsi (Saleh Məmmədov, Murad Əkbərov, Maqsud Hüseynli, Ayxan Xasıyev)

Boks 15:45. Kişilər, 63,5 kq, 1/8 final. Malik Həsənov – Din Klinsi (İrlandiya) 16:15. Kişilər, 71 kq, 1/16 final. Sərxan Əliyev – Mixal Takacs (Slovakiya) 17:15. Kişilər, +92 kq, 1/16 final. Məhəmməd Abdullayev – Uğur Aydemir (Türkiyə)

Muay-tay Kişilər 16:25. 67 kq, 1/4 final. Xəyal Əliyev – Giorgi Kleyn (Gürcüstan) 18:10. 71 kq, 1/4 final Məhəbbət Hümbətov – Yakub Rajevski (Polşa)

Qadınlar 19:10. 57 kq, 1/4 final. Aysun Dərvişova – Zelyana Pitesa (Xorvatiya) 20:10. 63,5 kq, 1/4 final. Emiliya Rzayeva – Nora Kornoll (Fransa)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər