Avropa Oyunları: Fərid Ağamoğlanov finala yüksəldi

Avropa Oyunları: Fərid Ağamoğlanov finala yüksəldi

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 63.5 kq-da mübarizə aparan idmançı finala gedən yolda Norveçdən olan Milton Ameriko Barrios Qalaretta ilə qarşılaşıb.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov həlledici döyüşə vəsiqə qazanıb.

Final qarşılaşması iyulun 2-də olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər