Avropa çempionumuz: "Çətinliklə üzləşdim"

Avropa çempionumuz: "Çətinliklə üzləşdim"

"Yarışa tam hazır idim. Yaxşı təlim-məşq toplanışı keçmişdik".

Fanat.Az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev (60 kq) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanmasına münasibət bildirərkən deyib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə danışan 21 idmançı görüşlərini analiz edib:

"İlk rəqibim daha öncə bir dəfə qalib gəldiyim Türkiyə güləşçisiydi. Çox güclü rəqib idi. 6:5 hesabıyla qalib gəldim. Yarımfinalda Gürcüstan idmançısını 7:1 hesabıyla məğlub etdim. Finalda İsrail güləşçisiylə qarşılaşdım. Birgə təlim-məşq toplanışlarında çox olmuşuq. Ona görə də mənim güləş üslubumu yaxşı bilirdi. Buna baxmayaraq, ona da 5:3 hesabıyla qalib gələrək çempion oldum.

O, AÇ öncəsi çəki dəyişikliyinə diqqət çəkib: "İlk dəfə Azərbaycan çempionatında 60 kq-da çıxış etdim. Beynəlxalq arenada da bu çəkidə debütüm oldu. Ona görə də çətinliklə üzləşdim. Çünki əvvəllər 55 kq-da güləşirdim. Şükürlər olsun, çətin olsa da, qələbə qazandım".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər