Avropa çempionu uduzdu, Fransa büdrədi, Bolqarıstanda 7 qol

Avropa çempionu uduzdu, Fransa büdrədi, Bolqarıstanda 7 qol
"DÇ-2018"in seçmə mərhələ oyunları davam etdirilib. Fanat.Az xəbər verir ki, bu gecə 3 qrupda ilk turun matçları baş tutub.
Gecənin oyunları sürpriz nəticələrlə yadda qalıb. Belə ki, son Avropa çempionu Portuqaliya səfərdə İsveçrəyə uduzub - 0:2. Fransa Belarus, Macarıstan Farer adaları ilə səfəp matçlarından qolsuz bərabərliklə ayrılıb. 
Bolqarıstan - Lüksemburq qarşılaşmasında isə azarkeşlər sözün əsl mənasında dramatik bir matç izləyib. Əvvəlcə meydan sahibləri 2:0 üstünlük əldə etsə də, qonaqlar bərabərliyi təmin edib. Bolqarların 3-cü qoluna qonaq komanda 90+1-ci dəqiqədə cavab verib. Lakin Bolqarıstan bir dəqiqə sonra qələbə qolunu vurub - 4:3.
DÇ-2018
Ceçmə mərhələ
I tur, 6 sentyabr
 
A qrupu
İsveç - Hollandiya 1:1
Qollar: Berq, 43 - Sneyder, 67.
 
Belarus - Fransa 0:0
 
Bolqarıstan - Lüksemburq 4:3
Qollar: Rangelov, 16; Marselinyo, 56. Popov, 79.Tonev, 90+2 - Yoahim, 60; 62. Bonert, 90+1.
 
B qrupu
Andorra - Latviya 0:1
Qol: Sabala, 48.
 
Farer adaları - Macarıstan 0:0
 
İsveçrə - Portuqaliya 2:0
Qollar: Embolo, 24. Mehmedi, 30.
 
H qrupu
Cəbəllütariq - Yunanıstan 1:4
Qollar: Valker, 26 - Mitroğlu, 10. Vismen, 44 (avtoqol). Fortunis, 45. Torosidis, 45+2. 
Bosniya və Herseqovina - Estoniya 5:0
Qollar: Spahiç, 7. Dzeko, 23. Medunyanin, 71. İbişeviç, 83. Spahiç, 90+2.
 
Cənubi Kipr - Belçika 0:3 
Qollar: Lukaku, 13; 61. Karrasko, 81.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər