Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, 12 qrupda ilk iki pilləni tutan komandalar 1/16 finala vəsiqə qazanıb. Qış fasiləsidən sonra qitənin ikinci dərəcəli klub turnirdə mübarizə aparaq hüququ əldə edən klublar bunlardı:
"Vilyarreal", "Sevilya", "Betis" (üçü də İspaniya), "Arsenal", "Çelsi" (hər ikisi İngiltərə), "Ayntraxt”, "Bayer” (hər ikisi Almaniya), "Zenit", "Krasnodar" (hər ikisi Rusiya), "Zalsburq", "Rapid" (hər ikisi Avstriya), "Latsio” (İtaliya), "Renn" (Fransa), "Sportinq" (Portuqaliya), "Fənərbaxça" (Türkiyə), "Dinamo" (Kiyev, Ukrayna), "Genk" (Belçika), "Seltik" (Şotlandiya), BATE (Belarus), "Sürix” (İsveçrə), "Dinamo” (Xorvatiya), "Olimpiakos" (Yunanıstan), "Malmö" (İsveç), "Slaviya" (Çexiya).
Bundan başqa Çempionlar Liqasında qrup üçüncüsü olan 8 komanda da mübarizəni Avropa Liqasında davam etdirmək hüququ qazanıb. Həmin klubların siyahısı belədi:
Avropa Liqası: İnter, Napoli (ikisi də İtaliya), Valensiya (İspaniya), Qalatasaray (Türkiyə), Brügge (Belçika), Benfika (Portuqaliya), Şaxtyor (Ukrayna), Viktoriya (Çexiya).
Beləliklə, Avropa Liqasının 1/16 final mərhələsində ən çox klubla İspaniya təmsil olunacaq - 4. İtaliyanın 3, İngiltərə, Almaniya, Rusiya, Avstriya, Türkiyə, Portuqaliya, Belçika, Ukrayna və Çexiyanın 2, Fransa, Şotlandiya, Belarus, İsveçrə, İsveç, Xorvatiya və Yunanıstanın bir klubu bu mərhələyə vəsiqə əldə edib.
Fanat.Az