AVRO-2024-ün püşk tarixi və yeri müəyyənləşdi

AVRO-2024-ün püşk tarixi və yeri müəyyənləşdi
2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkatması Hamburq şəhərində olacaq. 
 
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 
 
Xəbərə görə, 24 komandanın qatılacağı mərasim 2023-cü ilin dekabrında Elbe Filarmoniyasında keçiriləcək.
Qeyd edək ki, AVRO-2024-ün matçları Almaniyanın Berlin, Dortmund, Düsseldorf, Hamburq, Gelzenkirxen, Köln, Leyptsiq, Münhen, Frankfurt-Mayn və Ştuttqart şəhərlərində olacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər