AVRO-2020: Yusuf Poulsen ingilislərə meydan oxudu

AVRO-2020: Yusuf Poulsen ingilislərə meydan oxudu
Danimarka millisinin hücumçusu Yusuf Poulsen AVRO-2020-nin 1/2 finalında keçirəcəkləri matçdan - İngiltərə ilə oyundan danışıb.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ön xətt oyunçusu inamlı açıqlama verib:
"İngiltərə matçın favoritidir? Bu, azarkeşlərin və mətbuat nümayəndələrinin fikridir. Amma futbolçular belə düşünmür. Biz İngiltərəyə qarşı Millətlər Liqasında iki oyun keçirmişik və dörd xal qazanmışıq. Bizi udacaqlarına əmindirlərsə, bu, yetərincə cəsarətli iddiadır".
Qeyd edək ki, İngiltərə - Danimarka oyunu sabah - iyulun 6-da Londondakı "Uembli" stadionunda baş tutacaq.
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər