Avrliqanın 1/16 finalında hansı komandalar çıxış edəcək?

Avrliqanın 1/16 finalında hansı komandalar çıxış edəcək?
Dünən keçirilən oyunlardan sonra Avropa Liqasında 1/16 finala vəsiqə qazanan bütün komandaların adları müəyyənləşib. 
Fanat.Az xəbər verir ki, qrup mərhələsində VI turun 24 qarşılaşmasından biri təxirə salınıb. İtaliya "Sassuolo" komandası ilə Belçika "Genk"i arasındakı matç dumanlı hava şəraiti ilə əlaqədar təxirə salınıb. Oyun bu gün olacaq. Amma matçın nəticəsindən asılı olmayaraq, "Genk" qrupdan çıxmağı təmin edib. Sadəcə, Belçika təmsilçisi qalib gəlsə, F qrupunu 1-ci, "Sassuolo" qələbə qazansa isə qrupu 3-cü pillədə başa vuracaq.
Türkiyəni 1/16 final mərhələsində "Fənərbaxça" ilə yanaşı, "Osmanlıspor" da və Çempionlar Liqasında qrupu 3-cü pillədə tamamlamış "Beşiktaş" da təmsil edəcək.
Avrolpa Liqasının qrup mərhələsini İspaniyanın "Vilyarreal", "Atletik" və "Selta", Belçikanın "Anderlext", "Genk" və "Gent", İtaliyanın "Roma" və "Fiorentina, Hollandiyanın AZ və "Ayaks", Rusiyanın "Zenit" və "Krasnodar", Yunanıstanın "Olimpiakos" və PAOK, İngiltərənin "Mançester Yunayted", Fransanın "Sent-Etyen", Almaniyanın "Şalke", Rumıniyanın "Astra", Ukraynanın "Şaxtyor", Çexiyanın "Sparta", İsrailin "Hapoel" (Beer-Şeva), Kiprin APOEL klubları uğurla adlayıb.
Çempionlar Liqasından isə onlara İngiltərənin "Tottenhem", Almaniyanın "Borussiya" (Münhenqladbax), Fransanın "Lion", Rusiyanın "Rostov", Bolqarıstanın "Ludoqorets", Polşanın "Legiya" və Danimarkanın "Kopenhagen" komandaları da qoşulacaq.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər