"Lion"un yarımmüdafiəçisi Ussem Auar İngiltərənin nəhəng klublarından birinə keçmək üzrədir.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, "Liverpul", "Mançester Yunayted" və "Liverpul" Auar uğrunda mübarizəyə başlayıb.
Bundan başqa, orta xətt oyunçusunu rənglərinə bağlamağı arzulayanlar arasında "Tottenhem" də var.
Daha öncə Memfis Depayın gedişindən sonra iş yerini dəyişmək qərarına gələn Ussemin "Yuventus" və "Bavariya"nın da maraq dairəsinə düşdüyü ilə bağlı informasiyalar yayılmışdı.
Qeyd edək ki, klubuyla olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq 23 yaşlı Auar "Lion"un öz yetirməsidir. "Transfermarkt" portalı onun transfer qiymətini 42 milyon avro ilə dəyərləndirir.
Nihat