Atdan yıxılaraq beyin qanaması keçirən qapıçı ilə bağlı yeni xəbər

Atdan yıxılaraq beyin qanaması keçirən qapıçı ilə bağlı yeni xəbər

PSJ-nin qapıçısı Serxio Riko bu gün nəhayət ki, xəstəxanadan buraxılıb.

Fanat.Az xəbər verir ki, futbolçu aldığı zədə səbəbindən bir neçə əməliyyat keçirib.

Xəstəxanadan buraxılandan sonra Riko evə gedəcək və burada reabilitasiyasını davam etdirəcək.

İyulun 9-da Rikonun karyerasını bitirə biləcəyi xəbəri yayılmışdı.

29 yaşlı ispaniyalı futbolçu mayın 28-də atdan yıxılaraq Sevilya şəhərindəki xəstəxanaya yerləşdirilib. Riko ağır yaralanıb, ona beyin qanaması diaqnozu qoyulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər