“Astana” Almeydanı təqdim etdi

“Astana” Almeydanı təqdim etdi
Qazaxıstanın "Astana" klubu Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın transferini rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin mərkəz yarımmüdafiəçi ilə müqavilənin müddət və detalları açıqlanmayb. O, yeni klubuna azad agent qismində keçib. 
"Astana"nın baş məşqçisi "Qəbələ"dən ayrılan Roman Qriqorçukdu. 
Qeyd edək ki, Riçard Almeyda 2012-ci ildən "Qarabağ" formasını geyinib. O, 2017-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edərək, milli komandada debüt edib. O, indiyədək yığmanın heyətində 8 oyuna çıxıb. Almeydanın "Qarabağ"la 2017-2018 mövsümünün sonunda başa çatan müqaviləsi uzadılmayıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər