Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti oldu

Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti oldu

Peşəkar Futbol Liqasında struktur dəyişikliyi edilib. 

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir verir ki, PFL-də yeni vitse-prezident postu yaradılıb. 

Yeni yaradılmış posta artıq təyinat rəsmiləşdirilib. Uzun illərdir ki, Peşəkar Futbol Liqasında çalışan Aslan Şahgəldiyev vitse-prezidenti təyin olunub.

Qeyd edək ki, Aslan Şahgəldiyev 2004-cü ildən futbol sahəsində çalışır. O, 2004-cü ildən 2009-cu ilə qədər “Karvan” klubunda fəaliyyət göstərib. Azərbaycan çempionatının gümüş, bürünc medallarını qazanmış və avrokuboklarda mərhələ keçmiş komandanın idarə heyətində yer alıb. A.Şahgəldiyev 2009-cu ildən bu günə qədər Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri idi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər