Asim Xudiyevə yeni təyinat

Asim Xudiyevə yeni təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Avstriya oyununun hakim-inspektoru olacaq.

Sözügedən qarşılaşma martın 25-də Xorvatiyanın Varazdin şəhərindəki Varteks stadionunda baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər