"Real Madrid"in hücumçusu Marko Asensiyo (Marco Asensio) komandadakı durumundan narazıdır.
Fanat.Az "ABC" nəşrinə istinadən xəbər verir ki, klubun baş məşqçisi Karlo Ançelottinin ona verdiyi oyun dəqiqələri futbolçunu qane etmir.
"Espanyol"la oyunda het-trik edən Asensiyo "Real Madrid"in növbəti 3 oyununda heç iştirak ərizəsində belə almayıb.
Mənbənin məlumatına görə, "Liverpul" 25 yaşlı ispanı hədəfə alıb. Asensiyo özü isə yanvarda klubdan ayrılmaq niyyətindədir.
Xatırladaq ki, futbolçunun "Real Madrdi"lə hazırki müqaviləsinin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub.
Emin Şəmsiyev