"Marsel"in potensial sahibi Mohamed Ayaçi Ayrudi Zinəddin Zidan və Kriştianu Ronaldunu Fransa klubunda görmək istədiyini deyib.
Fanat.Az "Le Figaro"ya istinadən xəbər verir ki, o, belə danışıb:
"Yeni çalışdırıcı? İndiki də yaxşıdı. Yerli mütəxəssis? Zinəddin Zidan? Bunu zaman göstərəcək. Alman intizamı xoşuma gəlir. Ancaq heç vaxt unutmayacağım futbolçu Kriştianu Ronaldudu. Əslində onda da xüsusi intizam və peşəsinə sonsuz sayğı var. Arzum Ronaldunun "Marsel"də oynamasıdı".
Fanat.Az