Artur Olenin: "Üstünlük bizim tərəfimizdə idi"

Artur Olenin: "Üstünlük bizim tərəfimizdə idi"

Bu gün futbol üzrə Misli Premyer Liqasının VII turu çərçivəsində "Sabah" Masazırda "Turan Tovuz"u qəbul edib. 

Fanat.Az xəbər verir ki, oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Oyundan sonra "Sabah"ın məşqçisi Artur Olenin ənənəvi mətbuat konfransında iştirak edib. 

52 yaşlı mütəxəssis oyunda üstünlüyün "Sabah" tərəfində olduğunu qeyd edib:

"Əvvəlcə şəhidlərə Allahdan rəhmət diləyirəm. Oyunda üstünlük bizdə oldu. Yaxşı qol imkanlarımız var idi. Rəqibin qolundan sonra da hücumlarımızı artırdıq və 3-cü qolu vurduq.

Hesabda irəli olandan sonra komandanın rəqibə qeyri-ciddi yanaşdığını deməzdim. Rahatlaşsaydıq, daha çox qol vurmağa çalışmazdıq. Kuryoz qol buraxdıq. Futbolçulara oyun ərzində etməli olduqlarını söyləyirdik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər