Arteta özünə aldığı itə görün nə adı verdi? - "O da bizdən biridir"

Arteta özünə aldığı itə görün nə adı verdi? - "O da bizdən biridir"

"Arsenal"ın baş məşqçisi Mikel Arteta özünə it aldığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, o, bu barədə "Football.london"a danışıb. 

İspan mütəxəssis Labrador cinsindən aldığı itə “Qələbə” adını verib: “Bazaya gəlirik, o da gəlir, bütün sevgisini verir. Oyunçuların reaksiyası inanılmazdır. O, bizdən biridir".

"Arsenal" 2004-cü ildən bəri bu mövsüm ilk liqa çempionluğuna yaxındır. Baxmayaraq ki, londonlular son 7 qarşılaşmada cəmi 2 qələbə qazanıb. Nəticədə "Mançester Siti" 3 xal önə keçib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər