"Arsenal"ın baş məşqçisi Mikel Artetada koronavirus aşkarlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı London klubu yayıb.
Hazırda karantində olan mütəxəssis yanvarın 1-də Premyer Liqanın 21-ci turu çərçivəsində keçiriləcək "Mançester Siti" ilə oyunu buraxacaq.
Xatırladaq ki, Arteta 2020-ci ilin martında da koronavirusa yoluxub.
Emin