Arteta cəzalı duruma düşməsinə belə reaksiya verdi

Arteta cəzalı duruma düşməsinə belə reaksiya verdi

"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının növbəti turunun oyununda - "Aston Villa" ilə matçda texniki zonada ola bilməyəcək.

Fanat.Az xəbər verir ki, o, "Luton Taun"a qarşı dünən keçirdikləri çempionat görüşündə 3-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.

İspan mütəxəssis qələbə ilə başa vurduqları bol qollu səfər matçından sonra  "beIN Sports"a danışıb: "Yerimdə otura bilmədim. Bu, emosiyaların nəticəsi idi. Sarə vərəqədirsə, sarı vərəqə olsun".

Qeyd edək ki,  oyun "Arsenal"ın 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər