Çarşab bağlamaqdan imtina etdiyi üçün çempionluqdan olacaq - FOTO

Çarşab bağlamaqdan imtina etdiyi üçün çempionluqdan olacaq - FOTO
Ukraynalı şahmatçı Anna Muziçuk qadının hüquqlarının tam qorunmadığı Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatına qatılmayacaq. Fanat.Az xəbər verir ki, bu barədə o özü məlumat verib.
Anna Muziçuk "Facebook" səhifəsindən yaydığı açınlamasında başına çarşab bağlayaraq və küçələrdə kişilərin nəzarəti altında dolaşaraq "başqalarının qaydalarına görə oynamaq" niyyətində olmadığını bildirib. Ukraynalı şahmatçı bu qərarı ilə dünya çempionu titulunu itirəcək.
 
Çarşab bağlamaqdan imtina etdiyi üçün çempionluqdan olacaq - FOTO
"Tam bir il öncə 2 növdə dünya çempionu oldum və şahmat dünyasının ən xoşbəxt insanı idim. Amma indi özümü pis hiss edirəm. Öz prinsiplərimi müdafiə etmək və 5 gün sonra bəlkə də bundan öncəki 10 turnirdə qazandığımdan daha artığını qazana biləcəyim yarışa qatılmamaq niyyətindəyəm. Başına çarşab bağlayaraq və küçələrdə kişilərin nəzarəti altında dolaşaraq başqalarının qaydalarına görə oynamaq istəmirəm" deyə Anna bildirib.
Qeyd edək ki, Annanın bacısı bu il eyni səbəbdən İrandakı turnirə qatılmamışdı.
 
Çarşab bağlamaqdan imtina etdiyi üçün çempionluqdan olacaq - FOTO Çarşab bağlamaqdan imtina etdiyi üçün çempionluqdan olacaq - FOTO Çarşab bağlamaqdan imtina etdiyi üçün çempionluqdan olacaq - FOTO Çarşab bağlamaqdan imtina etdiyi üçün çempionluqdan olacaq - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər