Arne Slot gedə biləcəyini deyən Salahın sözlərinə belə reaksiya verdi

Arne Slot gedə biləcəyini deyən Salahın sözlərinə belə reaksiya verdi

"Liverpul"un baş məşqçisi Arne Slot cari mövsümün onun üçün "qırmızılar"ın oyunçusu qismində sonuncu ola biləcəyini dilə gətirən Məhəmməd Salahın dediklərinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "The Independent" niderlandlı mütəxəssisin sözlərini belə çatdırıb:

"Bu sözlərdə çox sayda "əgər" var. Hazırda Salah bizdən biridir və onun əla oyun sərgiləməsinə çox şadam. Oyunçuların müqavilələrindən danışmaq istəmirəm. Ancaq sizə maraqlı olarsa, onların çıxışından saatlarla danışa bilərəm".

Xatırladaq ki, "Liverpul" İngiltərə Premyer Liqasının son turunda "Mançester Yunayted"i 3:0 hesabı ilə darmadağın edib. Komandasının "Old Trafford"dakı sonuncu qoluna imza atan Salahın klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər