Argentinada mövsüm vaxtından əvvəl başa çatdı

Argentinada mövsüm vaxtından əvvəl başa çatdı
Argentinada mövsüm vaxtından əvvəl başa çatdırılıb.
Fanat.Az xəbər verir ki. Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia koronavirus pandemiyası səbəbindən mövsümün davam etməyəcəyini açıqlayıb.
Yaxın iki il ərzində klubların aşağı diviziona göndərilməyəcəyi bildirilib. Yüksək liqadakı klubların sayının artırılması ilə bağlı qərar qüvvədə qalacaq. Belə ki, 2021-22 mövsümündə klubların sayı 24-dən 28-ə yüksəldiləcək.
 
"Boka Xuniors" mart ayında başa çatan Argentina Superliqasının qalibi olmuşdu. Ardınca 24 komandanın iştirakı ilə Superliqa Kuboku start götürsə də, koronavirus pandemiyası səbəbindən bir turdan sonra mövsümə fasilə verilmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər