Argentina klubunun ən yaxşı bombardirinin meyiti tapıldı

Argentina klubunun ən yaxşı bombardirinin meyiti tapıldı
Argentinanın "Qodoy-Krus” klubunun futbolçusu Santyaqo Qarsiyanın meyiti tapılıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı hücumçu öz evində ölü vəziyyətində aşkarlanıb.
 
Onun cəsədinin yanında odlu silah olub. Santyaqo ölümcül yaralardan vəfat edib. Polis futbolçunun özünə qəsd etdiyi ehtimalının olduğunu da açıqlayıb. 
Qarsiya "Qodoy-Krus”un tarixində ən yaxşı bombardirdir. O, yüksək liqada klubun 51 qoluna imza atıb.
Qeyd edək ki, Santyaqo əvvəllər "River Pleyt”, "Atletiko Paranaense” kimi klublarda da oynayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər