Argentina DÇ-yə yeni forma ilə gedir - FOTO

Argentina DÇ-yə yeni forma ilə gedir - FOTO

Argentina milli komandası Qətərdə keçiriləcək dünya çempionatında yeni formada çıxış edəcək.

Fanat.Az xəbər verir ki, cənubi amerikalılar mundialda bənövşəyi səfər forması geyinəcək. 

İkiqat dünya çempionlarının formasında Günəş qrafikası əks olunub. 

Ənənəvi sürməyi və qara səfər formasından fərqli olan və internetdə pərəstişkarlarından çoxlu tərif alan forma dünən rəsmi təqdim olunub, daha sonra kapitan Lionel Messi onu geyinib.

Qeyd edək ki, Dünya çempionatı noyabrın 20-də başlayacaq. Argentina Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə birlikdə C qrupunda yer alıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər