Argentina çempion olacaq? - Statistika belə deyir

Argentina çempion olacaq? - Statistika belə deyir

Lionel Messinin qrupun son oyununda - Polşaya qalib gəldikləri matçda (2:0) penaltidən yararlana bilməməsi Argentinanın azarkeşlərini nəinki məyus edib, əksinə ümidləndirib. Fanat.Az xəbər verir ki, statistika həvəskarları millinin kapitanının qaçırdığı penalti ilə dünya çempionluğu arasında birbaşa bağ tapıblar.

Belə ki, indiyədək iki dəfə dünya çempionu olan Argentina həmin mundiallarda da qrupda "11 metrə"dən yararlana bilməyib. 1978-ci ildə Braziliya, Polşa və Peru millilərinin yer aldığı B qrupda dünya tacı uğrunda mübarizə aparan cənubi amerikalılar sonuncularla 3-cü turun görüşündə standart vəziyyəti boşa verib. Kempes penalti zərbəsini yerinə yetirə bilməyib.

Səkkiz il sonra - 1986-da yenidən dünya kubokunu başı üzərinə qaldıran argentinalılar yenə qrupdakı son oyununda penaltidən yararlana bilməyib. Sonradan turnirin ən yaxşı oyunçusu elan edilən Dieqo Maradona Bolqarıstanla qarşılaşmada "ağ nöqtə"dən dəqiq olmayıb.

Argentinada tarixin təkrarlanacağına ümid edirlər. Messinin komandası 1/8 finalda Avstraliya ilə, 1/4 finalda isə Niderland - ABŞ cütünün qalibi ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər