Argentina 6 il sonra bunu bacardı - Reytinq

Argentina 6 il sonra bunu bacardı - Reytinq

Argentina milli futbol komandası  2017-ci ildən sonra ilk dəfə FİFA reytinqində 1-ci yeri tutacaq.

Fanat.Az xəbər verir ki, məlumatı "O Globo" yayıb. 

Hələlik FİFA milli komandaların reytinqini rəsmən dərc etməyib, lakin yoldaşlıq oyunlarının nəticələrinə əsasən artıq nəticə çıxarmaq olar.

Argentina Panama (2:0) və Kurakaonu (7:0) məğlub edərək reytinqini 1841 xala çatdırıb. 

Dekabrın 22-də açıqlanan son siyahıda 1-ci yerdə olan Braziliyanın yalnız bir yoldaşlıq oyunu keçirib. Martın 26-da baş tutan görüşdə “sambaçılar” Mərakeş millisinə məğlub olub.

Nəticədə, bu məğlubiyyətə görə braziliyalılar 3-cü pilləyə düşəcək. Fransa ikinci yeri tutacaq, belçikalılar dördüncü yerdə qalacaq, İngiltərə isə ilk "5-liy"i qapayacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər