Türkiyə 1-ci liqasında 27-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi "Boluspor” da növbəti matçına çıxıb.
Bolu təmsilçisi qonaq qismində "Ankaraspor”la qarşılaşıb. Arazın komandası 2:1 hesablı qələbə qazanıb.
Start heyətdə meydana çıxan həmyerlimiz 90+3-cü dəqiqədə əvəzlənib.
27 oyuna 32 xalı toplayan "Boluspor” turnir cədvəlində 18 iştirakçı arasında 12-ci pillədədir.