Araz Abdullayevin yeni klubu bəlli oldu

Araz Abdullayevin yeni klubu bəlli oldu

Azərbaycanlı futbolçu Araz Abdullayev karyerasını ölkə xaricində davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Kosovo təmsilçisi "Llapi"ylə anlaşıb.  Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Abdullayevlə 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Abdullayev karyerası ərzində yetirməsi olduğu "Neftçi"dən başqa, "Qəbələ", "Qarabağ", "Sumqayıt" klublarında, ölkədən kənarda isə İngiltərə "Everton"u, Yunanıstan "Panionios"i, Kipr "Etnikos"u və "Anortosis"i, Türkiyə "Boluspor"unda forma geyinib.

Araz Azərbaycan millisində 44 oyun keçirib və 3 qolla yadda qalıb.

"Llapi" Kosovo çempionatında 2 turdan sonra 3 xalla 5-ci sırada qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər