Araz Abdullayev oynadı, komandası...

Araz Abdullayev oynadı, komandası...

Futbol üzrə Kipr çempionatında 15-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Azəırbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Doxa” ilə qarşılaşıb. Futbolçumuzun komandası 0:1 hesabı ilə uduzub.

Araz oyunun 64-cü dəqiqəsində meydana buraxılıb. Millimizin üzvü 82-ci dəqiqədə sarı vərəqə alıb.

15 tura 8 xal toplaya bilən “Etnikos” turnir cədvəlində 12 iştirakçı arasında sonuncudur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər