Aqil Məmmədov: "Sadəcə, qələbə çatmadı" - MÜSAHİBƏ

Aqil Məmmədov: "Sadəcə, qələbə çatmadı" - MÜSAHİBƏ

"Neftçi”nin qapıçısı Aqil Məmmədov Azərbaycan Premyer Liqasının 16-cı turunda "Qarabağ”la 0:0 hesablı heç-heçə etdikləri matçdan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqqında fikirlərini bölüşüb.

– Bu gün qalib gəlmək istəyirdik. Yaxşı mübarizə apardıq. Yalnız qələbə çatmadı. Azarkeşlərə də təşəkkürümü bildirirəm. Baş məşqçiyə də "çox sağ ol” deyirəm ki, uzun müddətdən sonra mənə şans verdi.

– Ümumiyyətlə, qapı xəttində bugünkü dəyişiklik nə ilə bağlı idi?

– Düzü, mən bunu bilmirəm. Məşqçiyə aid bir sualdır.

– Sizcə, bu gün 2 xalı "Qarabağ” itirdi, yoxsa "Neftçi”?

– Biz oyuna həqiqətən də qələbə üçün çıxmışdıq. Futbolçularımız çox yaxşı, əzmkar mübarizə apardılar. Yenə deyirəm, sadəcə, qələbə çatmadı.

– Ancaq kənardan elə görünürdü ki, sanki komandalar 1 xala razıdır.

– Bunu deyə bilmərəm. Kənardan siz bizdən daha yaxşı görürsüz.

– Roberto Bordinin gedişindən sonra sanki komandada canlanma hiss olunur. Bununla razılaşırsızmı?

– Bəli, razılaşıram.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər