Ansu Fatinin evi qarət olundu

Ansu Fatinin evi qarət olundu

"Barselona"nın yarımmüdafiəçisi Ansu Fatinin evi qarət olunub.  

Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb. 

Xəbərə görə, yuxarı mərtəbədən evə daxil olan şəxs və ya şəxslər pul və mücəvhərlər oğurlayıblar.

Hadisə anında 19 yaşlı futbolçunun ailəsi evdə olub. Onlar aşağı mərtəbədə "Barselona"nın "Espanyol"a qarşı matçını izləyirmişlər. Fatinin qohumları yuxarı mərtəbədən kənar səslər eşitdikdən sonra polis çağırıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər