Fransa millisinin və "Milan"ın hücumçusu Olivye Jiru yığmanın rekordçusu olmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Telefoot" 36 yaşlı forvardın dediklərini belə çatdırıb:
"Yavaş-yavaş əmin oluram ki, Zidan, Papen, Trezege, Platini və Anri ilə bir cərgədə dura bilərəm. Adımın tarixdə qalması mənim üçün fəxr olar".
Qeyd edək ki, Fransa seçməsində 120 görüş keçirən Jiru 53 qol vurub ki, bu da başqa heç bir fransalının imza ata bilmədiyi nəticədir. Yığmanın rekordçusu "xoruzlar"ın sıralarında DÇ-2018-in qalibi olub.
Nihat