Ukrayna millisinin futbolçusu, "Vest Hem"in sabiq yarımmüdafiəçisi Andrey Yarmolenko azad agent qismində BƏƏ-nin "Əl-Əyn" klubuna keçib.
Fanat.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun rəsmi saytı məlumat yayıb.
Yarmolenkonun yeni klubu ilə müqaviləsinin müddəti 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Xatırladaq ki, komandaya ötən ay müqaviləsini 2023-cü ilin yayına qədər uzatmış ukraynalı mütəxəssis Sergey Rebrov rəhbərlik edir.
Emin